Modern.az

AŞPA rəhbərindən Bakı və İrəvana çağırış: Artıq vaxtıdır!

AŞPA rəhbərindən Bakı və İrəvana çağırış: Artıq vaxtıdır!

Aktual

10 Oktyabr 2022, 16:02

"Azərbaycan və Ermənistanı fikir ayrılıqlarının həlli üçün səyləri ikiqat artırmağa, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıram".

 

Modern.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks deyib.

 

AŞPA rəhbəri son vaxtlar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin insanlara mənfi təsir göstərdiyini bildirib:

 

“Azərbaycan və Ermənistandan olan parlamentariləri Assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram”.

 

Tini Koks qeyd edib ki, artıq fikir ayrılıqlarının həlli vaxtı gəlib çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı