Modern.az

İranda COVID-19-la bağlı son vəziyyət

İranda COVID-19-la bağlı son vəziyyət

Aktual

10 Oktyabr 2022, 16:58

İranda ötən sutka ərzində 724 nəfər koronavirusa (COVID-19) yoluxub, 4 nəfər dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bəyan edib.

 

İranda virusdan ölənlərin sayı 144 490 nəfəri keçib, yoluxanların sayı isə 7,55 milyondan çoxdur. Virus daşıyıcılarından 124 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 7,32 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,2 milyon təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı