Modern.az

"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

Aktual

10 Oktyabr 2022, 18:05

Yunanıstan "Olimpiakos"unu Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda az sayda azarkeş dəstəkləyəcək.

 

Ağdam klubundan Modern.az-a verilən məlumata görə, Pirey təmsilçisi "köhlən atlar"dan cəmi 50 bilet istəyib.

 

Əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.

 

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı