Modern.az

ABŞ Ukraynanı hava hücumundan müdafiə silahları ilə təmin edəcək

ABŞ Ukraynanı hava hücumundan müdafiə silahları ilə təmin edəcək

Aktual

11 Oktyabr 2022, 07:50

ABŞ prezidenti Co Bayden bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

 

Məlumata əsasən, o, Ukraynaya özünü müdafiə etmək üçün lazım olan dəstəyi göstərməyə davam edəcəyinə söz verib.

Xüsusilə, hava hücumundan müdafiə sistemləri haqqında söhbət aparılıb.

 

Ukrayna prezidentinin mətbuat xidməti də C.Baydenlə telefon danışığı barədə məlumat yayıb.

 

"ABŞ prezidenti Co Baydenlə məhsuldar söhbət apardım. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə olub. Bu, hazırda müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir", - deyə V.Zelenski bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı