Modern.az

Əlillik təyin olunanların SAYI

Əlillik təyin olunanların SAYI

Aktual

11 Oktyabr 2022, 10:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 46,5 min şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, onlardan 15,2 mininə ilkin, 31,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.

 

 

 

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı