Modern.az

"Nissan Motor" Rusiya bazarını tərk edir

Aktual

11 Oktyabr 2022, 15:00

Dünya avtomobil sənayesinin liderlərindən biri olan Yaponiyanın "Nissan Motor" avtomobil korporasiyası Rusiya bazarından tamamilə çıxdığını və aktivlərini satdığını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, şirkətin Rusiyadakı bütün aktivləri, o cümlədən Sankt-Peterburqdakı istehsal və tədqiqat obyektləri, həmçinin Moskvadakı satış və marketinq mərkəzi satışdan sonra yeni adla fəaliyyət göstərəcək.

 

Şirkət iddia edir ki, Rusiya bazarından çıxmaq ona 100 milyard yenaya (təxminən 686 milyon ABŞ dolları - red.) başa gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı