Modern.az

Millimiz səfərdə Yunanıstanı darmadağın etdi 

Millimiz səfərdə Yunanıstanı darmadağın etdi 

Aktual

11 Oktyabr 2022, 21:44

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, millimiz VI qrupun ikinci turunda Yunanıstan seçməsinin qonağı olub. Afinadakı Teodoros-Putos idman zalında oynanılan matçda Azərbaycan yığması rəqibini 7:0 hesabı ilə məğlub edib.

 

Millimizin heyətində Xətayi Bağırov və Qallo dubl ediblər. Rafael Vilela, Tyaqo Bolinya və Conatas Felipe hərəyə bir dəfə fərqləniblər.

 

Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı