Modern.az

Qəzaya düşən maşından 40 min dollar belə oğurlanıb - TƏFƏRRÜAT

Qəzaya düşən maşından 40 min dollar belə oğurlanıb - TƏFƏRRÜAT

Aktual

12 Oktyabr 2022, 11:34

Xəbər verdiyimiz kimi, Bakıda avtomobildən 40 min dollar pul oğurlanıb.

 

Modern.az Trend-ə istinadən bildirir ki, 40 min dollar pul qəzaya düşən maşından oğurlanıb.

 

Belə ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və “Kia” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Kia"da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Qəza zamanı “Kia”da 40 min dollar pul olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov “Kia”da olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman “Kia”nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəza edən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.

 

Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı