Modern.az

NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

Aktual

12 Oktyabr 2022, 14:50

NATO ölkələri Ukraynaya hava hücumundan müdafiə təchizatının miqyasını genişləndirmək niyyətindədirlər. 

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinin görüşündən əvvəl bildirib.

 

"Bizə müxtəlif növ uzaq və qısa mənzilli hava hücumundan müdafiə sistemləri, ballistik raketlərlə mübarizə üçün raket əleyhinə müdafiə sistemləri, pilotsuz təyyarələr, müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif sistemlər lazımdır", - deyə Baş katib qeyd edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı