Modern.az

DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı ÇAĞIRIŞ

DİN-dən

Aktual

13 Oktyabr 2022, 12:12

Daxili İşlər Nazirliyi (DİN) bu gün baş tutacaq “Qarabağ” - “Olimpiakos” oyunu ilə bağlı vətəndaşlara çağırış edib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, oyunla əlaqədar stadionun daxilində, ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

 

"Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur", - məlumatda vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı