Modern.az

ABŞ-da səfirlik maşınının atəşə tutulmasının təfərrüatı - VİDEO

ABŞ-da səfirlik maşınının atəşə tutulmasının təfərrüatı - VİDEO

Aktual

13 Oktyabr 2022, 12:30

ABŞ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyinə dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib. 

 

Modern.az məsələ ilə bağlı Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev “Baku TV”yə danışıb.

 

“Hadisə oktyabrın 11-i saat 00:16-da baş verib. Naməlum avtomobil səfirliyin inzibati binasına yaxınlaşaraq xidməti avtomobilə atəş açıb və hadisə yerini tərk edib. Xoşbəxtlikdən səfirliyin əməkdaşları avtomobildə olmayıb”, - deyə o qeyd edib.

 

 

Diplomat bildirib ki, hadisə ilə bağlı ABŞ Dövlət Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar verilib. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb edilib.

Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibinin sözlərinə görə, bununla bağlı hələlik heç bir tədbir görülməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı