Modern.az

Banklarda dolların alışı azalıb

Banklarda dolların alışı azalıb

Aktual

13 Oktyabr 2022, 13:08

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Modern.az-ın AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 43,3 mln. ABŞ dolları olub və tam təmin edilib.

 

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 1,8 dəfə və ya 19,3 mln. ABŞ dolları azalıb.

 

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 24 mln. ABŞ dolları təşkil etmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı