Modern.az

Rusiya XİN-dən üç ölkənin səfirlərinə ETİRAZ

Rusiya XİN-dən üç ölkənin səfirlərinə ETİRAZ

Aktual

13 Oktyabr 2022, 13:36

Rusiya Xarici İşlər Nazirliyi “Şimal axını” qaz kəmərində təxribatla əlaqədar aparılan araşdırma ilə bağlı Almaniya, Danimarka və İsveçin Moskvadakı səfirlərinə etiraz edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

 

XİN-dən qeyd edilib ki, Rusiya mütəxəssisləri araşdırmada iştirak etməzsə, rəsmi Moskva “Şimal axını” qaz kəmərində baş vermiş qəza ilə bağlı istənilən “psevdonəticəli” araşdırmanın nəticələrini tanımayacaq.

 

Nazirlik qeyd edib ki, ABŞ-ın araşdırmaya cəlb olunmasına dair informasiya yayılıb.

 

Xatırladaq ki, Rusiyadan Avropaya çəkilən “Şimal axını” və “Şimal axını-2” əsas qaz kəmərində eyni vaxtda üç yerdən sızma olub. Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı