Gürcüstanın paytaxtı Tbilisidə yeni açılan parkda bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, parkda topla oynayan uşaqları elektrik cərəyanı vurub. Belə ki, oyun zamanı top fəvvarəyə düşüb, uşaqlar topu çıxarmağa cəhd göstəriblər. Nəticədə azyaşlıları elektrik cərəyanı vurub.
Uşaqlar xəstəxanaya çatdırılsa da, 13 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb, digər iki uşağın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.