Modern.az

Bakıda çoxmərtəbəli binada yanğın - İki nəfər zəhərləndi

Bakıda çoxmərtəbəli binada yanğın - İki nəfər zəhərləndi

Aktual

13 Oktyabr 2022, 17:00

Bakıda çoxmərtəbəli binada yanğın olub, iki nəfər zəhərlənib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı