Modern.az

Futbolçular həddindən artıq yorğun idi - Qurban Qurbanov

“Futbolçular həddindən artıq yorğun idi” - Qurban Qurbanov

Aktual

13 Oktyabr 2022, 23:00

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Olimpiakos”la Bakıda 0:0 hesablı heç-heçə etdikləri matç barədə danışıb. 

 

Modern.az xəbər verir ki, baş məşqçi komandasından razı qaldığını deyib.

 

"Çox əziyyət çəkdik. Gərginlik var idi. Çünki azarkeşlərimiz bizdən qalibiyyət gözləyirdi. Belədə səhvlər də çox olur. “Olimpiakos” bu gün daha aktiv idi. Daha hazırlıqlı oyunçuları meydana buraxmışdılar. Mobil komanda təsiri bağışladı. Görüşə onlar da yaxşı hazırlaşmışdılar", - Qurbanov vurğulayıb.

 

O, ilk hissədə zədələnən Kadi Borgesin ikinci hissədə əvəzlənməsinə də münasibət bildirib : "Onu sonadək meydanda saxlamaq istəyirdik. İlk hissədən sonra ayağında ağrı var idi. Dedi ki, dözüb oynayaram. Amma alınmadı. Onun yerinə meydana çıxan Filip Ozobiç də özünü yaxşı tərəfdən göstərdi".

 

Baş məşqçi 5-ci turda “Nant”la Fransada keçirəcəkləri oyun və pley-off-a çıxmaq şansları haqda da fikirlərini bölüşüb: 


"Rəqiblər öz işlərinə ciddi yanaşır. Sonluq yaxınlaşdıqca, gərginlik artır. "Nant"ın hələ də pley-off şansı varsa, deməli, bizimlə oyuna ciddi hazırlaşacaqlar. Önəmli qarşılaşma olacaq. Soyuqqanlı hazırlaşmalıyıq. Xeyli vaxtımız var. Futbolçularım həddindən artıq yorğun idi. Düşünürəm ki, o vaxtadək idman formalarını qaytara biləcəklər".

 

Qeyd edək ki, “Nant” - “Qarabağ” oyunu oktyabrın 27-si Fransada keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı