Modern.az

Bakıda kütləvi dava - Dostlar bıçaqlandı

Bakıda kütləvi dava - Dostlar bıçaqlandı

Aktual

14 Oktyabr 2022, 08:30

Bakının Nərimanov rayonunda kütləvi dava olub.

 

Modern.az xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisə zamanı iki nəfər ağır bədən xəsarətləri alıb.

 

Məlumata görə, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu kütləvi dava zamanı bıçaqlanıb.

 

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!