Modern.az

MDB-yə sədrlik Qırğızıstana keçdi

MDB-yə sədrlik Qırğızıstana keçdi

Aktual

14 Oktyabr 2022, 10:52

Müstəqil Dövlətlər Birliyinə (MDB) 2023-cü ildə Qırğız Respublikası sədrlik edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın Dövlət Başçıları Şurasının oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında qərar qəbul olunub.

 

MDB Dövlət Başçıları Şurasının növbəti zirvə toplantısı 2023-cü il oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

 

Xatırladaq ki, MDB-yə hazırda Qazaxıstan sədrlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı