Modern.az

Komitə sədri Milli Məclisdə vətəndaşları qəbul edib

Komitə sədri Milli Məclisdə vətəndaşları qəbul edib

Aktual

14 Oktyabr 2022, 10:54

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib.

 

Modern.az xəbər verir ki, oktyabrın 13-də Milli Məclisin inzibati binasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

 

Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən səhiyyə, icbari tibbi sığorta, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı müraciətlər olub.

 

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı