Məcburi köçkünlər evlə təmin edilmədən məhkəmə qərarı ilə onların müvəqqəti yaşadığı evlərdən çıxarılması tələb edilir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Kəlbəcərdən seçilən deputatı Aqil Məmmədov deyib. Onun sözlərinə görə, məcburi köçkün evlə təmin olunmayana qədər müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz.
“Ulu öndər Heydər Əliyev bildirmişdi ki, məcburi köçkünü evlə təmin etmədən müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz. Bu gün torpaqlarımız işğaldan azad olunub, məcburi köçkünlər hələ öz yurd-yuvasına qayıtmayıb. Məcburi köçkünlər evlə təmin edilmədən məhkəmə qərarı ilə onların müvəqqəti yaşadığı evlərdən çıxarılması tələb edilir. Təklif edirəm ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bu məsələ müzakirə edilsin. Məhkəmə qərarları qəbul edilən zaman Dövlət Komitəsindən nümayəndə çağırılsın. Onların müvəqqəti yaşadığı evlərdən çıxarılması kütləvi hal alıb. Həmin şəxslər evlə təmin olunmadan yaşadığı müvəqqəti yerdən çıxarılsa, harada yaşayacaq?! Məcburi köçkün evlə təmin olunmayana qədər müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz”, - deyə deputat vurğulayıb.