Modern.az

“İçərişəhər” fondunda nadir fotolar saxlanılır

“İçərişəhər” fondunda nadir fotolar saxlanılır

Aktual

14 Oktyabr 2022, 14:34

“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fondunda Bakının özünə, İçərişəhərə, Qarabağa və Azərbaycanın digər bölgələrinə dair nadir foto və neqativlər saxlanılır.

 

Modern.az xəbər verir ki, bu saxlama vahidlərinin əksəriyyəti keçmiş tanınmış fotoqraflardan olan A.Mişon, İ.Rubençik, H.Hüseynzadə, Y. Raxil, Y.Şamilov və digər fotoqrafların müəllifliyinə məxsusdur. 

 

“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və səfir Dr. Ralf Horleman arasında Almaniyanın Federal Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsindəki qrantın verilməsi haqqında müqavilə imzalanıb. 

 

Qrant layihəsində Azərbaycanda ilk dəfə olaraq XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid şüşə neqativlərin, nadir fotoların bərpası, çapı, rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi, kataloq və bukletlərin nəşri kimi mühüm işlər həyata keçiriləcək. 

 

Təsdiq edilən qrant ölkəmizin irsinin qorunması, tədqiqi və təbliğinə yönəldiləcəkdir. Nadir fotoların bərpası-yeni tədqiqatlara və yeni kəşflərə tükənməz imkanlar yaradacaq. Nadir fotoların bərpası ilə Bakı, həmçinin İçərişəhər, Qarabağ və Azərbaycanın digər bölgələrindəki abidələr, tarixi yerlər, binaların bu günədək məlum olmayan görüntüləri əldə ediləcək, bu da yeni araşdırmalara, yeni tapıntılara, dünyəvi irsimiz haqqında məlumatların daha da zənginləşdirilməsinə səbəb olacaqdır. Layihə prosesində mühüm nəticələrdən biri də fotoneqativlərin, fotoların bərpası və konservasiyası sahəsində ən təkmilləşmiş kadrların yetişdirilməsi olacaqdır. Layihəyə tərəfdaşı kimi Gürcüstan Milli Muzeyinin fotoarxivlərin mühafizəsi və konservasiyası sahəsindəki mütəxəssisləri də cəlb ediləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı