Modern.az

İki milyondan artıq ağac tingləri yetişdirilib

İki milyondan artıq ağac tingləri yetişdirilib

Aktual

14 Oktyabr 2022, 16:46

Hazırda Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində iki milyondan artıq ağac tingləri yetişdirilib.

 

Modern.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.

 

O bildirib ki, payız ağac əkinində ETSN-in tinglik sahələrində yetişdirilən ağac tinglərindən istifadə olunacaq:

 

"Meşə əkinləri zamanı tut ağaclarının da əkilməsi planlaşdırılır. Respublikada “Baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi” məqsədi ilə tut plantasiyalarının salınması üçün ETSN-in tinglik sahələrində yetişdirilən tut tinglərinin müvafiq Rayon İcra Hakimiyyətlərinə verilməsi təmin edilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı