Modern.az

Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq

Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq

Aktual

15 Oktyabr 2022, 16:54

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnmiş futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.


Modern.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, Kadi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. O, 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.


Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir.


"Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı