Modern.az

Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü

Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü

Aktual

15 Oktyabr 2022, 17:14

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub.

 

Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib.

 

Araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!