Modern.az

İstanbulda 24 mərtəbəli bina YANDI - VİDEO

İstanbulda 24 mərtəbəli bina YANDI - VİDEO

Aktual

16 Oktyabr 2022, 00:05

İstanbulda 24 mərtəbəli binada yanğın olub.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Kadıköy rayonunda baş verib.

 

Binanın alt mərtəbələrində başlayan yanğın qısa zaman ərzində bütün binaya yayılıb. Hadisə yerinə yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

 

İlkin məlumatda xəsarət alanların olmadığı bildirilir. Yanğının baş vermə səbəbləri hələ məlum deyil.

 

Hazırda yanğınsöndürmə işləri davam edir.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı