ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə Blinken tvitter səhifəsində paylaşım edib.
“Türkiyənin Bartın əyalətindəki mədəndə baş verən partlayışda insan tələfatı bizi kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin tam sağalmasını arzulayıram”,- deyə Blinken bildirib.
Xatırladaq ki, Bartında kömür mədənində baş vermiş partlayışda 41 nəfər həlak olub.