Modern.az

"Kəpəz"dən "Neftçi" ilə oyunda anlamlı JEST

Aktual

16 Oktyabr 2022, 15:30

"Kəpəz" klubu "Neftçi"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının X tur oyununda anlamlı jest edib.

 

Modern.az-ın məlumatına görə, Gəncə şəhər stadionundakı tribunaların birində şəhidlərin fotoları, həmçinin Azərbaycan və Türkiyə bayraqları yer alıb.

 

Bundan əlavə, komandalar meydana şəhid övları ilə çıxıblar. Qarşılaşmada topa ilk toxunuşu Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev edib.

 

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı