Modern.az

Döyüşdə ayaqlarını itirən qazi qəzaya düşdü

Döyüşdə ayaqlarını itirən qazi qəzaya düşdü

Aktual

17 Oktyabr 2022, 13:16

Vətən müharibəsi qazisi Camal Alxasov qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Hadisənin "VAZ dairəsi" deyilən ərazidə baş verdiyi bildirilir. İddiaya görə, qəza təmir gedən yolda xəbərdaredici nişanın olmaması səbəbindən baş verib.

 

Qeyd edək ki, Camal Alxasov Qubadlı istiqamətində döyüşlər zamanı minaya düşərək hər iki ayağını itirib.

 

O, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı