Modern.az

Bakıda həkim özünü öldürdü - FOTO

Bakıda həkim özünü öldürdü - FOTO

Aktual

17 Oktyabr 2022, 14:52

Bakıda intihar hadisəsi baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, 1989-cu il təvəllüdlü Rüstəm Maqsudov Binə qəsəbəsində kirayə yaşadığı mənzildə qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirib. Çoxlu qan itirən 33 yaşlı şəxs vəfat edib.

 

Araşdırmalar zamanı məlum olub ki, həyatına son qoyan R.Maqsudov həkim-onkoloqdur. O, Tibb Universitetini bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib. Daha sonra R.Maqsudov ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı