Modern.az

Tarif Şurasından dərmanlarla bağlı YENİ QƏRAR

Tarif Şurasından dərmanlarla bağlı YENİ QƏRAR

Aktual

26 Oktyabr 2022, 16:46

Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni dövlət qeydiyyatına alınmış 76 dərman vasitəsinin qiyməti təsdiq edilib.

 

Modern.az Şuraya istinadən xəbər verir ki, bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 493 təşkil edib.

 

Onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı