Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə qatılacağını bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə "hökumət saatı”nda danışıb.
“Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən iştirakımı təsdiqlədim”, - Paşinyan deyib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.