Modern.az

Mirzoyan Paşinyanın mesajını Papaya çatdırdı

Mirzoyan Paşinyanın mesajını Papaya çatdırdı

Aktual

26 Oktyabr 2022, 17:14

Roma Papas Fransisk Vatikanda rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.


Modern.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşə görə təşəkkürünü bildirən Ararat Mirzoyan erməni xalqı və hökumətinin salamlarını pontifikə çatdırıb.

Nazir qeyd edib ki, onun Vatikana səfəri Ermənistan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir və bu, çoxəsrlik tarixi əlaqələrə, eyni mənəvi dəyərlərə əsaslanan ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxşı fürsətdir.
 

Ermənistanın xarici işlər naziri Roma Papasının 44 günlük müharibə zamanı, eləcə də sonrakı günlərdə səsləndirdiyi çoxsaylı mesajlara və sülh çağırışlarına görə minnətdarlığını bildirib.
 

Nazir Mirzoyan Roma Papasına Cənubi Qafqaz regionundakı vəziyyəti təqdim edib, humanitar məsələlərin həllinin vacibliyini vurğulayıb. O, Baş nazir Nikol Paşinyanın mesajını Papaya çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı