Modern.az

Yasamalda həyətlərə və obyektlərə dolan su çəkildi - VİDEO

Yasamalda həyətlərə və obyektlərə dolan su çəkildi - VİDEO

Aktual

26 Oktyabr 2022, 17:54

Bu gün Yasamalda magistral su xəttində baş vermiş qəzadan sonra həyətlərə və obyektlərə dolan su çəkilib.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Əsəd Əhmədov küçəsində yerləşən magistral su kəmərində baş vermiş qəza nəticəsində ətrafı basmış suyun çəkilib kənarlaşdırılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

Görülmüş tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?