Modern.az

Tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Aktual

27 Oktyabr 2022, 09:48

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetin  fəal gəncləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

 

Modern.az xəbər verir ki, tələbələrə burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi haqqında məlumat verilib. Qeyd edilib ki, Muzeydə Ulu Öndərin uşaqlıq və gənclik illəri, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

 

Tələblərə bildirilib ki, muzeydə Ulu Öndərin Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı uzaqgörən siyasəti, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara da geniş yer verilib.

 

Muzeydə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı