Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə liderlər - Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli danışıqlar baş tutacaq.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl Soçidə keçiriləcək üçtərəfli sammitdə iştirakını təsdiqləmişdi.