Modern.az

Sahil Babayev jurnalistə nazirlikdə iş verdi 

Sahil Babayev jurnalistə nazirlikdə iş verdi 

Aktual

28 Oktyabr 2022, 16:44

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsi iştirakçısı, jurnalist Emin Pirini işlə təmin edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb.

 

E.Piri fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyində davam etdirəcəyini bildirib:

 

"Müharibəki xidmətimizin davamını Sosial Xidmətlər Agentliyində şəhid ailələrinə və müharibə əlillərinə xidmət etməklə davam etdirəcəyik. Mənim üçün məsuliyyətli olduğu qədər də doğma işdir. Çünki onları özümdən, ailəmdən bilirəm".

 

Qeyd edək ki, Emin Piri ehtiyatda olan zabitdir. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı