Modern.az

Pelosinin evinə basqın edildi, əri yaralandı

Pelosinin evinə basqın edildi, əri yaralandı

Aktual

28 Oktyabr 2022, 16:52

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi San-Fransisko şəhərində hücuma məruz qalıb.

 

Modern.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında onun yaşadığı evdə baş verib.

 

Məlumata görə, naməlum şəxs evə daxil olaraq Pelosiyə xəsarətlər yetirib. Pol Pelosi xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə olmadığı bildirilib.

 

Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı