Modern.az

Zaqatalada ev, Tovuzda obyekt yandı

Zaqatalada ev, Tovuzda obyekt yandı

Aktual

29 Oktyabr 2022, 08:27

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan əlavə, Tovuz şəhərində ümumi sahəsi 220 m² olan birmərtəbəli obyektin (fəaliyyət göstərmir) yanar konstruksiyaları 150 m² sahədə yanıb.

 

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı