Modern.az

Ofisiant dönərçini bıçaqladı

Ofisiant dönərçini bıçaqladı

Aktual

29 Oktyabr 2022, 11:45

Göyçayda ofisiant dönərçini bıçaqlayıb.

 

Modern.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kafelərin birində baş verib.

 

Ofisiant işləyən rayon sakini Ələkbər Süleymanov iş yoldaşı, kafedə dönərçi kimi çalışan Mansur Musayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir.

 

Daxili İşlər Nazirliyiin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb:

 

"Zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə - tibbi ekspertizası təyin edilib. Faktla bağlı polis şöbəsində istintaq araşdırmaları davam etdirilir".

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!