Modern.az

Erməni hərbçilərin təlimində partlayış - Yaralılar var

Erməni hərbçilərin təlimində partlayış - Yaralılar var

Aktual

29 Oktyabr 2022, 12:40

Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində təlim-məşq zamanı baş vermiş hadisə nəticəsində bir neçə hərbi qulluqçu yaralanıb.

 

Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın Gorus rayonu ərazisindəki təlim sahəsinə çıxarılan ehtiyat bölmələrin şəxsi heyəti ilə keçirilən məşğələ zamanı qumbaraatan mərmisi partlayıb.

 

Bildirilib ki, ehtiyatsızlıq səbəbindən baş vermiş partlayış nəticəsində bir neçə erməni hərbçi yaralanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hərbi qulluqçular tibb məntəqəsinə yerləşdirilib.

 

Hadisə ictimaiyyətdən gizlədilsə də, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?