“Bu gün şimaldan və cənubdan ölkəmizə qarşı caynaqlar uzanıb”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib.
Komitənin bu gün keçirilən iclasında çıxış edən F.İbrahimli Azərbaycana göstərilən təzyiqlərdən danışıb:
“İşimizdən, siyasi mövqeyimizdən asılı olmayaraq, bayrağımızın qarşısında baş əyməliyik. Bu gün şimaldan, cənubdan ölkəmizə qarşı caynaqlar uzanıb. 30 ildə heç qonşularımızın səsi çıxmayıb. Biz təkcə Ermənistanı məğlub etməmişik, bizi istəməyən qüvvələri də məğlub etmişik. İndi həmin qüvvələrin canına üşütmə düşüb, amma Azərbaycan hamının layiqli cavabını verir. Bu gün tariximizə baxsaq, görərik ki, bir xoş ayımız yoxdur. Hər ay bizim üçün acılıdır. Yanvardan dekabra qədər. Biz bir dəfə Ermənistanla üz-üzə gəlmişik, o da son müharibədə, həmin vaxt qalib gəlmişik”.