Modern.az

“ABŞ-a dünyada hər kəsdən çox hörmət edirlər” - Tramp

“ABŞ-a dünyada hər kəsdən çox hörmət edirlər” - Tramp

Dünya

Bu gün, 08:46

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, son iki ildə digər ölkələrin Birləşmiş Ştatlara münasibəti dəyişib və indi amerikalılara dünyadakı hər kəsdən daha çox hörmət göstərilir.

Modern.az xəbər verir ki, Tramp bu barədə Arizona ştatının Bullhed-Siti şəhərində keçirilən mitinqdə çıxışı zamanı danışıb.

“Hamı bizə hörmət edir. İki il əvvəl onlar liderimizə hörmət etmirdilər. Bizə ümumiyyətlə heç bir hörmət göstərmirdilər. İndi isə dünyada istənilən digər ölkədən daha çox hörmət görürük”, – deyə Tramp mitinq iştirakçılarına müraciətində bildirib.

Tramp oktyabrın 14-də ABŞ Konqresinə noyabrın 3-nə təyin edilmiş aralıq seçkiləri ərəfəsində ölkə üzrə seçkiqabağı səfəri çərçivəsində Arizonada çıxış edib.

Mitinqdə o, Respublikaçılar Partiyasından olan namizədlərə dəstək çağırışı edib və seçicilərin dəstəyini qazanmağa çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda daha bir məktəbə HÜCUM - Mühafizəçi xəstəxanalıq oldu