Modern.az

Gəncə Dövlət Universitetində müsabiqə keçirilib - FOTOLAR

Gəncə Dövlət Universitetində müsabiqə keçirilib - FOTOLAR

Aktual

1 Noyabr 2022, 11:38

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “Şəhidlər ölmür” adlı yazılı tərcümə müsabiqəsi keçirilib.

 

Modern.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və universitetin Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov müsabiqə iştirakçılarına uğurlar arzulayıb, bu təşəbbüsü yüksək qiymətləndirib və tələbələri ictimai həyatda fəal olmağa səsləyiblər. Qeyd edilib ki, gənclərin vətənpərvər ruhda yetişməsi qürurverici haldır.

 

Bildirək ki, müsabiqə çərçivəsində  44 günlük Vətən müharibəsi şəhidləri haqqında yazılar xarici dillərə tərcümə edilib.  Müsabiqənin nəticələrinə görə 1-ci yerə çıxan Nübar Fərzəliyeva Fəxri Fərmanla təltif edilib və pul mükafatı verilib. Svetlana Hüseynova 2-ci, Ayxan Əliyev isə 3-cü yeri tutaraq Fəxri Fərmanla təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı