Modern.az

Baş bankirdən kredit açıqlaması - “Bu sahədə liderik”

Baş bankirdən kredit açıqlaması - “Bu sahədə liderik”

Aktual

3 Noyabr 2022, 14:42

Azərbaycanda qeyri-nəğd ödənişlərin sayı günü-gündən artır.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

 

“Deyə bilərik ki, Azərbaycan regionda liderdir. Ölkədə ödənişlərin 44%-i qeyri-nəğd olaraq ödənilir”.

 

Baş bankir banklardakı faiz dərəcələrinə də toxunub. O bildirib ki, bu sahə bankların faiz dərəcəsinin cəlb etdiyi vəsaitlərin dəyərindən formalaşır.

 

“Bu gün bank sektorunda 5 milyard manatdan çox sərbəst pul var. Kreditə tələbatın yaradılması məsələsini düşünmək lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı