Deputatlar tərəfindən gəlir vergisinin 2500 manatdan 5000 manata qədər artırılması təklif olunur. Gəlir vergisi hazırda dövlət və neft sektorunda çalışanlara şamil edilir.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2023-c ilin büdcə müzakirələri zaman deyib.
“Qeyri-neft, qeyri-dövlət sektorunda böyük addım atılaraq sahibkarlara dəstək proqramı çərçivəsində 2026-cı ilə qədər 8 min manatadək 0 gəlir vergisi ödənilir. Bunun daha geniş kütləyə şamil edilməsinə gəlincə, zənnimizcə, ilk növbədə maliyyə tərəfini hesablamalıyıq. İlkin hesablamalarımıza görə, təklif qəbul edilərsə, bu, dövlət büdcəsində 150 milyon manat itki ilə nəticələnəcək. Təxminən söhbət 40 min nəfərdən gedir. Gərək bunu dəyərləndirək”, - deyə nazir deputatların təklifinə cavab verib.