Modern.az

Hökumətə maaşların artırılması üçün layihə göndərilib

Hökumətə maaşların artırılması üçün layihə göndərilib

Aktual

10 Noyabr 2022, 13:38

Həkimlərin maaşının artırılması üçün hökumətə layihə təqdim edilib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında çıxış edən səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

 

“Onların əməkhaqlarının reallığa uyğunlaşdırılması üçün işlər görülür. Dövlət və özəl xəstəxanalarında işləyən həkimlərin maaşlarında fərqlilik var. Eyni zamanda vergi tutulmasında da fərq var. Bu fərqin aradan qaldırılması üçün layihə hazırdır və təqdim olunub. Cavab gözləyirik”, - deyə nazir müavini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?