Modern.az

Azərbaycanın gələn il üçün əsas prioritetləri açıqlandı

Azərbaycanın gələn il üçün əsas prioritetləri açıqlandı

Aktual

10 Noyabr 2022, 14:00

“Bizim əsas inkişaf priotetimiz Qarabağın dirçəlməsi olmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında iştirak edən maliyyə naziri Samir Şərifov deyib.

 

“Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi cənab Prezident tərəfindən bizim qarşımızda əsas priotet kimi qoyulub. Hamımız bunun üçün çalışmalıyıq. Eyni zamanda bizim əsas qarşımızda duran vəzifələrimizdən biri də müdafiə qüvvələrimizi gücləndirməkdir. Qalan məsələlər dövlət büdcəsinin gücü yetdiyi qədər həll olunacaq”, - deyə nazir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?