“Azərbaycanın xaricdə yeni səfirliklərinin açılmasına ehtiyac var”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Bu gün Azərbaycanın xaricdə yeni səfirliklərin açılmasına ehtiyac olduğunu görürük. Bunun üçün işlər görülməlidir. Araşdırmalıyıq ki, hansə ölkələrdə yeni səfirliklərin açılmasına ehtiyac var”, - komitə sədri bildirib.