Modern.az

İsraildə mütləq səfirlik açmalıyıq - Deputat

İsraildə mütləq səfirlik açmalıyıq - Deputat

Aktual

11 Noyabr 2022, 12:26

İsraildə səfirlik mütləq açılmalıdır.

 

Modern.az xəbər verir ki, bunu deputat Asim Mollazadə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitəsinin birgə iclasında bildirib:

 

“Azərbaycan bu ölkə ilə müstəlif sahələrdə, eyni zamanda hərb sahəsində əməkdaşlıq edir. Əlaqələrin daha da güclənməsi üçün səfirliyin açılması, diplomatiyanın güclənməsi vacib məsələdir”.

 

Deputat, həmçinin vahid türk təhsilinin və əlifbasının yaradılmasını təklif edib. “Bu sahədə işlər görülsə də, hələ yarımçıq qalıb. Ona görə də alimlərimizi bu sahəyə cəlb etməyin vaxtıdır”.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?