Modern.az

Sahil Babayev parlamentə gəldi - Müzakirələr başlayır

Sahil Babayev parlamentə gəldi - Müzakirələr başlayır

Aktual

11 Noyabr 2022, 14:16

Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası başlayıb. 

 

Modern.az xəbər verir ki, iclasda gələn ilin dövlət büdcəsi müzakirə olunur. 

 

İclasda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər dövlət qurumlarının üzvləri iştirak edir.  

 

Eyni zamanda komitə iclasının gündəliyinə aşağıdakı qanun layihələri daxil edilib:


 
1. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).


2. “İşsizlikdən sığorta fondunun  2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


3. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


4. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


5. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).


6. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).


7. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).


8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?